Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.- TƏFƏRRÜAT - VİDEO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.- TƏFƏRRÜAT - VİDEO

Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.- TƏFƏRRÜAT - VİDEO

Müəllif: Gulnare
//
07 Ağustos 2018
//
//

Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.- TƏFƏRRÜAT - VİDEO


Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib. Polisə məlumat daxil olub ki, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayev ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Çox çəkməyib ki, polis, müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub. Coşqun Xanbabayev ağır xəsarət aldığından çoxlu qan itirib. Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Yaralı cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Coşqun Xanbabayevin hazırladığı Rövşən İsgəndərov bu il keçirilən qəbul imtahanında yüksək bal toplayıb.

Rövşən İsgəndərov barəsində bölmədə toplanan material araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq bölməsinə göndərilib.


Xəbər Lenti Giriş Populyar Reklam