İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq - FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq - FOTO

İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq - FOTO

Müəllif: Gulnare
//
07 Ağustos 2018
//
//

İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq - FOTO

İsmayıllı rayonunda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib.

Xeberleragentliyi.com Report-a istinadən bildirir ki, hadisə rayonun Girk kəndində qeydə alınıb.

Belə ki, 40 başa yaxın heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında süd vəziləri kəsilib. Kənd sakinləri bu hadisənin, ilk növbədə, hər hansı bir xəstəlik səbəbindən baş verdiyini hesab edərək İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət ediblər. Baytarlar heyvanlara baxış keçirdikdən sonra bunun hansısa xəstəlik deyil, qəsdən törədilmiş əməl olduğunu müəyyənləşdiriblər. İsmayıllı rayon Baytarlıq idarəsi həmin heyvanlara lazımi yardım göstərərək nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır.


İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq - FOTO
İsmayıllıda iribuynuzlu heyvanlara qarşı qəddarlıq - FOTO
Xəbər Lenti Giriş Populyar Reklam