Sahələri yandırıb qabağa düşmək istəyirlər, amma özlərinə ziyan vururlar » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sahələri yandırıb qabağa düşmək istəyirlər, amma özlərinə ziyan vururlar

Sahələri yandırıb qabağa düşmək istəyirlər, amma özlərinə ziyan vururlar

Müəllif: Gulnare
//
07 avqust 2018
//
//

Sahələri yandırıb qabağa düşmək istəyirlər, amma özlərinə ziyan vururlar


"Hər il Azərbaycanda taxıl biçildikdən sonra taxıl sahələri kütləvi şəkildə yandırılır. Bununla bağlı dəfələrlə marifləndirmə işləri aparılsa da, yenə də fermerlər bu işləri damam etdirirlər. Əslində isə, taxıl biçiləndən sonra sahənin yandırılması ciddi şəkildə yanlışdır. Bu, ekologiyanın, biomühitin məhvinə gətirib çıxarır, torpağın humus qatına çox böyük ziyan vurur. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün isə əlavə resurslar və uzun müddət lazımdır".

Xeberleragentliyi.com Milli.Az a isdinaden xəbər verir ki, bunu "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin mətbuat xidmətinin rəhbəri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib.



Onun sözlərinə görə, fermerlər hesab eidlər ki, sahəni yandırmaqla ciddi məhsuldarlıq əldə edə, müəyyən xərclərdən yaxa qurtara biləcəklər. Əslində isə bu cür düşünmək tam yanlışdır: "Fermerlərin əksəriyyəti hesab edir ki, sahəni yandırmaqla həm sahəni asanca samandan təmizləyirlər, həm də zərərvericilərə qarşı guya səmərəli mübarizə aparırlar. Amma bunun çox böyük səhv olduğunu bilmirlər. Yadda saxlamaq lazımdır ki, sahədə qalan saman kütləsinin özü elə təbii gübrədir. O, sahəni münbitləşdirir, humus qatı ilə reaksiyaya girərək torpaqda münbit mühit yaradır. Çünki torpağın humus qatı öz-özünə əmələ gəlmir. O, müxtəlif bu cür bioloji çürüntülər nəticəsində yaranır. Sahəni yandıranda isə bitki örtüyü və torpağın üst qatındakı bütün mikroorqanizmlər tamamilə məhv olur. Ona görə də bu addım heç də fermerlərin hesab etdiyi kimi, torpaq üçün xeyirli deyil. Bitkilərin, çürüntülərin olması torpağın qidalanması üçün çox vacibdir.

Torpaq 3-4 ay, yəni sentyabr-oktyabr ayınadək dincə qoyulduğuna görə yağış yağış, zibil kimi gözə dəyən saman isə çürütüyə çevrilir və torpaq şumlanandan, çevrilib onun alt qatına keçəndən sonra onu qidalandırır. Buna aqrar elmdə üzvi gübrə deyirlər. Yəni bu təbii gübrədir, Allahın insanlara bəxş etdiyi bir nemətdir.

Torpağın bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək erroziyasının qarşısını alır, orada nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, mikroflora aktivləşir. Bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə səbəb olur".


Nazirlik: "Əkin yerlərini yandıranlar 6 min manata qədər cərimə olunacaq"
Ekspertin fikrincə, sahələrin yandırılması həmin ərazidə məhsuldarlığın 20-30 faiz azalmasına gətirib çıxarır: "Azərbaycan onsuz da torpaq ehtiyatları az olan ölkələrdəndir. Burada adambaşına cəmi 0,22 hektar əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür. Üstəgəl, əkinə və örüşə yararlı torpaqlarımızın 20 faizi işğal altındadır. Əlimizdə olan torpaqların 44 faizində şoranlaşma, erroziya prosesləri gedir. Bir tərəfdən də hər il taxıl əkilən 960 min hektarın 40 faizinə od vurub yandırırıq. İldən-ilə aşağı düşən məhsuldarlıq, kənd təsərrüfatında maya dəyərin baha başa gəlməsinə təsir edən mühüm amillər bunlardır. Bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə vermək lazımdır. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur".
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Xəbər Lenti Giriş Populyar Reklam