Azərbaycan-İsveçrə biznes forumunun vaxtı bilindi - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan-İsveçrə biznes forumunun vaxtı bilindi - FOTO

Azərbaycan-İsveçrə biznes forumunun vaxtı bilindi - FOTO

Müəllif: Gulnare
//
07 avqust 2018
//
//

Azərbaycan-İsveçrə biznes forumunun vaxtı bilindi - FOTO

Azərbaycanın İsveçrə Konfederasiyasındaki səfirliyi 2018-ci ilin sentyabr ayında İsveçrənin Tiçino kantonunda Azərbaycan-İsveçrə biznes forumunun keçirilməsinə dair razılıq əldə edib.

Xeberleragentliyi.com xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İsveçrənin mərkəzi və yerli qurumlarının, habelə işgüzar dairələrin və İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir.

Xanım İbrahimova İsveçrənin Tiçino kantonunun Ticarət Palatasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Kiara Krivelli və Luqano şəhərinin meri Marco Borradori ilə görüşüb. Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılib, Azərbaycan iqtisadiyyatına dair tədbirlərin təşkili imkanları müzakirə edilib. Görüşdə Azərbaycan ilə Tiçino kantonu arasında qarşılıqlı işgüzar səfərlərin təşkili üzrə müzakirələr aparılib.

Görüşdə qeyd olunub ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Həmçinin Azərbaycandan İsveçrəyə 1,2 mlrd. ABŞ dolları investisiya yatırılıb. 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir.

Azərbaycan-İsveçrə biznes forumunun vaxtı bilindi - FOTO
Azərbaycan-İsveçrə biznes forumunun vaxtı bilindi - FOTO
Xəbər Lenti Giriş Populyar Reklam