Hüquqi varis ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin günahsız olduğunu deyib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Hüquqi varis ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin günahsız olduğunu deyib

Hüquqi varis ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin günahsız olduğunu deyib

Müəllif: Gulnare
//
03 Ağustos 2018
//
//

Hüquqi varis ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin günahsız olduğunu deyib


Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az-ın məlumatına görə, hakim Azər Paşayev sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

R. Bağırov elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadə verməkdən imtina edib: "Hər şey ittiham aktına yazılıb. Mən 15-ci kalonda 7 il 8 ay həbs yatmışam. Badam mənə dedi ki, səni öldürəcəm, bizim ailəni təhdid etdi. Evimizdən oğurluq edirdi, bu evin ona məxsus olduğunu deyirdi. Mən də atdım quyuya, üstünə daş töküb öldürdüm".

Sonra R. Bağırov vəkil zərərçəkmişin nümaəyəndəsi Ruhid Ələkbərovun suallarını cavablandırıb. O, bəzən spirtli içki qəbul etdiyini deyib.

Sonra zərərçəkmiş şəxsin hüquqi varisi, B. Bağırovanın qardaşı İsa Abdullayev məhkəmədə ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsin heç bir günahı yoxdur: "Cinayəti onun üzərinə atıblar. Bu şəxsi hədələyiblər, bu cinayəti törətməyə vadar ediblər. Bu hadisəni Rəhm Bağırovun yoldaşı və qızları törədib. Çünki R. Bağırovun yoldaşı ilə Badam Bağırova arasında tez-tez mübahisə yaranırdı. Ekspert də rəy verib ki, mərhumə küt alətlə əzab-əziyyət içində qətlə yetirilib. Bacım özü də mənə deyirdi ki, mülkə görə onu öldürəcəklər. Hətta Rəhimin yoldaşının hərəkətlərinə görə, Badam polisə müraciət edib".

Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.
Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci nikahından olan oğlu 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib, onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb.
Xəbər Lenti Giriş Populyar Reklam
Aman, qardaş... Dün, 12:19Aman, qardaş...