Dünya çempionu qəhrəman titulundan imtina etdi - VİDEO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dünya çempionu qəhrəman titulundan imtina etdi - VİDEO

Dünya çempionu qəhrəman titulundan imtina etdi - VİDEO

Müəllif: Gulnare
//
02 Ağustos 2018
//
//

Dünya çempionu qəhrəman titulundan imtina etdi - VİDEO

Boks üzrə dünya çempionu 2012 London olimpiadasının qızıl medalçısı Aleksandr Usik "Ukrayna qəhrəmanı" adından imtina edib.

Xeberleragentliyi.com publika.az-a istinadən xəbər verir ki, boksçu bu barədə Ukrayna telekanalları üçün keçirdiyi mətbuat konfransında danışıb.

"Mənim ölkəmin insanlarına qəhrəman lazım deyil. Ukrayna xalqının bir neçə seçmə insanı var. Mən həqiqətən də, qəhrəmanam. Ancaq bunun üçün ulduzlara ehtiyacım yoxdur".

Dünya çempionu dövlətdən də nə isə istəməyəcəyini bildirib.

Qeyd edək ki, Aleksandr Usik 2017-ci ildə Moskvada keçirilən Dünya Boks Super Seriyasının (WBSS) finalında rusiyalı rəqibi Murat Qassievə qalib gəlmiş və dünya çempionu olmuşdu. O, həmçinin "Məhəmməd Əli" kubokunu qazanmışdı.

Usikin qələbəsindən sonra Ukraynanın Baş naziri Vladimir Qroysman boksçuya "Ukrayna Qəhrəmanı" adını vermək üçün ölkənin prezidenti Petro Poroşenkoya təklif göndərəcəklərini bildirmişdi.

Xatırladaq ki, Usik 1996-cı ildə iki dəfə "Əmək" ordeni ilə təltif edilib.



Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam