Tanınmış araşdırmaçı alim 1 - ci Xanıma mürqciət etdi. » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Tanınmış araşdırmaçı alim 1 - ci Xanıma mürqciət etdi.

Tanınmış araşdırmaçı alim 1 - ci Xanıma mürqciət etdi.

Müəllif: Gulnare
//
31 iyul 2018
//
//

Tanınmış araşdırmaçı alim 1 - ci Xanıma mürqciət etdi.


Hörmətli Mehriban xanım,

Azərbaycan 1988-ci ildən bu günə qədər erməni teroruna və işğalına məruz qalmaqdadır. Bu illər ərzində onlara qarşı bir neçə dəfə informasiya sahəsində mübarizə başlansa da, əksəriyyəti fiaskoya uğradı. Bu gün biz ermənilərə qarşı informasiya müharibəsində uduzuduq. Bu müharibəni aparan adamlar bilirlər ki, düzgün qurulmuş və düzgün aparılan informasiya müharibəsi vasitəsilə, hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar. İnformasiya texnologiyalarının inkişafı, bu müharibənin aparılma üsullarına, və miqyasına bilavasitə təsir edir. Əfsuslar olsun ki ölkəmiz bu müharibənin ortasındadır. Azərbaycana qarşı bir çox cəbhədən aktiv informasiya müharibəsi gedir.Bu müharibənin qaçılmaz fənlərindən biri psixoloji əməliyyatlardır ki, bunlar da bizə qarşı aktiv tətbiq edilir. Bunların içərisində ən aktiv olanı Ermənistan cəbhəsidir. Dünya tərəfdən olan informasıya “atəşinin” böyük hissəsi də məhz ermənilərin nailiyyətidir. Qeyd edim ki, Qarabağın erməni torpağı olduğunu “sübut” etmək, Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafiə mövqeyində durduğu fikrini beynəlxalq ictimaiyyətə aşılamaq erməni informasiya cəhbəsinin əsas istiqamətidir. Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müstəqil dövlət kimi təqdim etmək və tanıdmaq, bu yolla müharibənin Qarabağla Azərbaycan arasında getdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın təcavüzündən qorumağla məşğul olduğunu aşılamaq onların əsas fəaliyyətidir.
Məhz niyə Sizə müraciət etdim. Bu hakimiyyətdə elə qüvvələr var ki, Prezidentə müraciət etsəydik onu əngəlləməyə çalışacaqdılar. Lakin Siz xarektercə mübariz insansız və biz qarabağlılar bilirik ki, içinizdə Vətən və Qarabağ sevgisi vardır. Biz inanırıq ki, müraciətimizi qəbul edib ermənilərə qarşı İnformasiya müharibəsində yanımızda olacaqsız və QARABAĞ TV televiziya kanalının açılmasında dəstək olacaqsız.
Qarabağ TV-nin əsas istiqaməti Qarabağ barədə real və daha düzgün informasiya mübarizəsi aparmaq və düşmənə qarşı hücum taktikasını icra etməkdir. Bunun üçün komandamız hazırdır. Əminik ki, Siz bizim arzumuzun gerçəkləşməsinə kömək edəcəksiniz.
Qarabağlılar adından Zaur Əliyev; siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Xeberleragentliyi.com
Xəbər Lenti Giriş Populyar Reklam