"Bizim Küçə"in Sarası illər sonra SİRRi açdı: "Rejissor mənə spirtli içki içirtmək istəyirdi, amma..." - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Bizim Küçə"in Sarası illər sonra SİRRi açdı: "Rejissor mənə spirtli içki içirtmək istəyirdi, amma..." - FOTO

"Bizim Küçə"in Sarası illər sonra SİRRi açdı: "Rejissor mənə spirtli içki içirtmək istəyirdi, amma..." - FOTO

Müəllif: Gulnare
//
27 iyul 2018
//
//

"Bizim Küçə"in Sarası illər sonra SİRRi açdı: "Rejissor mənə spirtli içki içirtmək istəyirdi, amma..." - FOTO

Aktrisa Rimma Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Rimma xanım, bilirəm ki, uşaqlığınız müharibə illərinə düşüb. Nələri xatırlayırsınız bu illərlə bağlı?

- Atamı 1941-ci ildə universiteti bitirdikdən sonra Tula şəhərinə, silahqayırma zavoduna göndəriblər. Müharibə illərində zavod dağılandan sonra atam anamla birlikdə Saratov şəhərinə gedib. Elə mən də Saratovda dünyaya gəlmişəm. Uşaqlıq illərim müharibənin ən ağır vaxtlarına düşüb. Anam həmişə deyirdi ki, sən yazıq çox çətinliklə böyümüsən, heç kaşa da tapmırdıq sənə verməyə.

- İncəsənətə, daha doğrusu rəqs sənətinə həvəsiniz hardan yarandı?

- Mən və bacım uşaqlıqdan incəsənətə həvəsli idik. Mən özüm üçün baletə gedib-gəlirdim. Atam da mənim baletlə ciddi maraqlanmağımdan xəbərsiz idi. Bir gün atam anamla mənim iştirak etdiyim tamaşama gəlir. Atamın səhnədə olmağımdan xəbəri olmur. Anama deyir ki, nə gözəl qızdır! Atam da səhnədə olan qızın gözəl olduğunu bildirir. Anam ona deyir ki, bu qız bizim Rimmadır, icazə ver qoy o baletlə, rəqslə məşğul olsun. Anam atamı birtəhər razı salmağı bacarır. Mən rəqs sənətinin sirrlərini ustad baletmeyster Qəmər Almaszadədən öyrənmişəm.

- Qəmər Almaszadə Azərbaycan Balet Məktəbinin yaradıcılarından biri olub. Onu necə xatırlayırsınız?

- Qəmər xanım hər şeyə fikir verirdi, çox diqqətcil insan idi. Bizi evinə dəvət edirdi, stol açırdı. Amma işdə tam başqa, tələbkar idi. Çox az danışardı, sözünün kəsəri var idi.

- Siz həm də bir neçə Azərbaycan filmində aktrisa kimi çəkilmisiniz. Rəqs sənətindən aktrisalığa keçid necə oldu?

- Xoreoqrafiya məktəbindən sonra məni teatra dəvət etdilər. 7 il həm teatrda çalışdım, həm də filmdə çəkildim. "Molla Fəttahın sərgüzəştləri" filminə rəqqasə lazım idi. Bu filmdə çəkildim, daha sonra isə "Koroğlu" filminə dəvət aldım. Fikirləşdim ki, balet mənim üçün azdır, mən daha da oxumalıyam. 2 ildən sonra rejissorluq fakültəsinin axşam şöbəsinə daxil oldum. Filmlərdə görkəmli aktyorlar Möhsün Sənani, Nodar Şaşıqoğlu, Nəsibə Zeynalova ilə birlikdə çəkilmişəm. Onlardan özümə həmişə böyük diqqət və qayğı görmüşəm.

- Amma bütün bunlara baxmayaraq ən məşhur filminiz "Bizim küçə"dəki Gözəlova Sara obrazı oldu.

- Əşrəf Mamayev məni bu filmə dəvət edəndə 18 yaşım var idi. "Bizim küçə"yə seçilməyim də çox maraqlı hadisə ilə yadda qalıb. Gördüm ki, Adil İskəndərov gözlərini bağlayıb, mənə qulaq asır. Fikirləşirdim ki, necə olacaq? Bu, axı məni görmür! Bir səhnə var idi, mən həmkarımı vurmalı idim. Həmişə də, həqiqətən, vururdum, yalandan vurmurdum. Adil İskəndərov vuran anda gözlərini açdı, dedi ki, bu, çox yaxşı seçimdir! Onu da deyim ki, bu obrazın mənim üçün çətinliyi olsa da yaxınlığı da var idi. Çünki hər ikimizin həyatına müharibə təsir etmişdi.

- Çəkilişlər harada gedirdi?

- Çəkiliş kollektivimiz çox gözəl idi. 2 aydan çox biz Qara dənizdə, Odessada gəmidə yaşadıq. Çəkiliş qruppası çox qayğıma qalırdı. Amma 40 dərəcə soyuqda, şaxtada çəkilirdik. Çəkilişin çətinliyi bircə bu idi. Hətta o qədər soyuq idi ki, rejissor dedi ki, mütləq şəkildə araq içməlisən ki, donmayasan. Dedim ki, içə bilmərəm, arağı götürüb əllərimə, qollarıma sürtdüm. Çəkilişlərimizin yekunlaşmasına baxmayaraq filmin təsirindən uzun müddət çıxa bilmirdim.

- Hal-hazırda fəaliyyətiniz nədir?

- Hal-hazırda Üzeyir Hacıbəyov adına Milli Konservatoriyada rəqs müəlliməsi kimi fəaliyyət göstərirəm. Uzun illərdir ki, bu sahədə tələbələr yetişdirirəm, tələbələrimlə birlikdə dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedirəm.

Milli.Az


Məqaləyə dair fotomateriallar:

"Bizim Küçə"in Sarası illər sonra SİRRi açdı: "Rejissor mənə spirtli içki içirtmək istəyirdi, amma..." - FOTO
"Bizim Küçə"in Sarası illər sonra SİRRi açdı: "Rejissor mənə spirtli içki içirtmək istəyirdi, amma..." - FOTO
Xəbər Lenti Giriş Populyar Reklam