Elmar Məmmədyarov: “Pozitiv tonda danışmağa əsas yoxdur” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Elmar Məmmədyarov: “Pozitiv tonda danışmağa əsas yoxdur”

Elmar Məmmədyarov: “Pozitiv tonda danışmağa əsas yoxdur”

Müəllif: Anar
//
27 Kasım 2012
//
//

Elmar Məmmədyarov: “Pozitiv tonda danışmağa əsas yoxdur”
“Ermənistan tərəfi “nə bir qarış torpaq, nə bir addım geri” prinsipindən vaz keçməlidir”

“Həmsədrlər münaqişənin həlli prosesini ölü nöqtədən tərpətmək üçün səylər göstərirlər. Təəssüf ki, Ermənistana son səfərlərin nəticələri pozitiv tonda danışmağa əsas vermir”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərini şərh edərkən deyib. O bildirib ki, Ermənistan tərəfi “nə bir qarış torpaq, nə bir addım geri” prinsipindən vaz keçməlidir: “Status-kvo dəyişməlidir. Münaqişənin həll olunmaması hadisələri arzuolunmaz məcraya yönəldə bilər. Həll barədə təkliflər hamıya yaxşı məlumdur, onlar dəfələrlə müzakirə olunub. Azərbaycan əvvəlki mövqeyində qalır – həll prosesinin inkişafı üçün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxması zəruridir”.
Xəbər Lenti Giriş Populyar Reklam