Aybəniz Haşımova gizli çəkdiyi bu qadını Facebookda göstərdi - Xuliqanlıq edirəm » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Aybəniz Haşımova gizli çəkdiyi bu qadını Facebookda göstərdi - Xuliqanlıq edirəm

Aybəniz Haşımova gizli çəkdiyi bu qadını Facebookda göstərdi - Xuliqanlıq edirəm

Müəllif: Gulnare
//
20 iyul 2018
//
//

Aybəniz Haşımova gizli çəkdiyi bu qadını Facebookda göstərdi - Xuliqanlıq edirəm

Əməkdar artist Aybəniz Haşımova Facebook hesabından canlı yayım edib.

Xeberleragentliyi.com milli.az-a istinadən xəbər verir ki, xanım sənətkar makiyajsız halı ilə təqibçilərini təəccübləndirib.

Makiyajsız çox gözəl olduğu barədə yazılan təriflərə Aybəniz xanım "Mən makiyajı sevmirəm. Efirə görə məcbur makiyaj edirəm. Yoxsa, heç makiyaj etmərəm" cavabını verib.

"Xalq ulduzu" mahnı müsabiqəsinin iştirakçısı Razi Məhərrəmlinin canlı yayımı izləyən təqibçilərdən olduğunu görən xanım sənətkar "Razi, haralardasan? Niyə görünmürsən? Siz çıxmırsınız efirə, oxuya bilməyənlər çıxır. Yaxşı edirlər sizə" sözləri ilə diqqət çəkib.

Müğənninin canlı yayımda bu açıqlaması isə çoxları üçün yeni məlumat olacaq:

"Mən Gəncədə doğulmuşam, bilirsiniz. Amma əslən Dərələyəzdənəm".

Əməkdar artistin yayım zamanı diqqətini istirahət mərkəzinin ərazisində velosiped sürən qadın çəkib:

"Qadına baxın. Nə gözəl velosiped sürür. Mən də sürmək istəyərəm, amma tənbələm. O qadını gizlin göstərim sizə. Düzdür, xuliqanlıq edirəm, amma baxın".
Xəbər Lenti Giriş Populyar Reklam