Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var

Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var

Müəllif: Gulnare
//
20 iyul 2018
//
//

Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var

Moskvadan Bakıya doğru hərəkət edən avtobus Stavropolda qəzaya uğrayıb.

Bununla bağlı regionun Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyaryev məlumat verib.

"Yerli vaxtla 09:00-da "Qafqaz" magistralının 348-ci kilometrində Moskva-Bakı marşrutu ilə hərəkət edən "Mersedes" markalı mikroavtobus "Ford" və "Lada" avtomobili ilə toqquşub", - xidmət rəhbəri deyib.

O bildirib ki, hadisədən sonra içərisində iki sürücü və doqquz sərnişin olan avtobus aşıb.

Hadisə zamanı 12 nəfər xəsarət alıb. Bunlar "Ford"un sürücüsü və avtobusdakı 11 nəfər, o cümlədən üç uşaqdır.

Yaralılardan yeddisi Pyatiqorsk xəstəxanasına, qalan beş nəfər isə Mineqralovodsk xəstəxanasına yerləşdirilib.


oxu.az
Xəbər Lenti Giriş Populyar Reklam