Xəzəryanı ölkələr Xəzərin ətraf mühitinin mühafizəsi ilə bağlı protokol imzalayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Xəzəryanı ölkələr Xəzərin ətraf mühitinin mühafizəsi ilə bağlı protokol imzalayıb

Xəzəryanı ölkələr Xəzərin ətraf mühitinin mühafizəsi ilə bağlı protokol imzalayıb

Müəllif: Gulnare
//
20 Temmuz 2018
//
//

Xəzəryanı ölkələr Xəzərin ətraf mühitinin mühafizəsi ilə bağlı protokol imzalayıb

Moskvada “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanı sessiyada ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya zamanı “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb.



Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.



Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” 12 avqust 2006-cı il tarixində qüvvəyə minib
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam