Parlaq, istifadəsi rahat - Samsung Galaxy J6 » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Parlaq, istifadəsi rahat - Samsung Galaxy J6

Parlaq, istifadəsi rahat - Samsung Galaxy J6

Müəllif: Gulnare
//
20 iyul 2018
//
//

Parlaq, istifadəsi rahat - Samsung Galaxy J6


Smartfon öz sahibinin individuallığını vurğulayaraq, onun yaşam tərzinə uyğun olmalı və tələblərini qarşılamalıdır. Belə ki, yeni Samsung J6 smartfonu müasir və aktiv istifadəçiləri sevindirərək, həyatlarına daha da çox parlaq rəng qatmış olacaq. Smartfon ön korpusun böyük hissəsini əhatə edən "sərhədsiz" ekran ilə təchiz olunub. Burada 18,5:9 icazəli, 5,6" HD+ displeyindən istifadə olunub. Bir çox tənzimləmə sayəsində displeyi özünüzə uyğun dəyişə bilərsiniz. Standart rejim olan "Adaptiv" rejim isə ənənəvi olaraq ən yüksək parlaqlığı təmin edir. SuperAMOLED displey sayəsində qara rənglər daha dolğun ifadə edilir, təzadlıq isə inanılmaz dərəcədə yüksəkdir. Həmçinin, smartfon ekranının baxış bucaqları da olduqca genişdir.

Ekran ətrafı haşiyə incə və zərif olduğundan displey daha da geniş təəssürat bağışlayır. Displeyin üst hissəsində frontal kamera, danışıq dinamiki, yaxınlaşdırma, işıqlandırılma sensorları və flash işıq yerləşdirilib. Frontal kameranın ayrıca flash işıqla təmin edilməsi selfi həvəskarlarını biganə qoymayacaq, çünki, indi hətta qaranlıqda belə selfi çəkmək imkanınız olacaq. Korpusun arxa hissəsində isə əsas kamera, flash işığı və barmaq izi skaneri yer almışdır. Korpusun sol tərəfində səs tənzimləmə düymələri, həmçinin, yaddaş kartı və simkart üçün slotlar yerləşdirilib. Slotlatdan biri həm microSD formatlı yaddaş kartı, həm də simkart üçün nəzərdə tutulmuş, digəri isə yalnız ikinci simkart üçündür. Yaddaş kartının köməyi ilə smartfonun yaddaşını 256 QB-a qədər artırmaq mümkündür. Korpusun sağ tərəfində isə ON/OFF düyməsi və dinamik yerləşdirilib. Həmçinin, smartfonun aşağı haşiyəsində qulaqcıqlar üçün nəzərdə tutulmuş 3,5 millimetr diametrli mini-jack və micro USB portları vardır.

"Sərhədsiz" displeyi və müasir dizaynı ilə SamsungGalaxy J6 2018 parlaq anlar yaşadacaq və xoş xatirələrlə yadda qalacaq smartfondur.

Yeni Galaxy J6 smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Xəbər Lenti Giriş Populyar Reklam