İsmayıllıda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 49 illiyinə həsr olunmuş tədbirlər keçirilib. » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllıda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 49 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

İsmayıllıda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 49 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Müəllif: Gulnare
//
13 Temmuz 2018
//
//

İsmayıllıda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 49 illiyinə həsr olunmuş tədbirlər keçirilib.


Qalagah kənində
13 iyul 2018-ci il tarixdə Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin 49 illiyi münasibəti ilə İsmayıllı rayonunun Qalagah kəndində rayon Veteranları Şurasının sədri Əlaləm Babayevin , İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun, YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyevin, ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirin əvvəlində Ülu öndərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub.
YAP Qalagah kənd ərazi ilk partiya təşkilatının sədri Ələddin Ələkbərov tədbir iştirakçıları və qonaqları salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 49 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev oldu.
Toplantıda çıxış edən rayon Veteranları Şurasının sədri Əlaləm Babayev çıxış edərək qeyd etdi ki, 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Toplantıda çıxış edən Qalagah kənd orta məktəbinin müəllimi Ziyəddin Qasımov və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışmış, qeyd etmişlər ki, Azərbaycan Respubliksının Prezidenti, ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və bu işlərdə ona hər zaman dəstək olacaqlar.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi bədii kompazisiya nümayiş etdirilmişdir.

****
Qubaxəlilli kəndində
13 iyul 2018-ci il taixdə Qubaxəlilli kəndində məktəbdə Xəlilli, Gəraybəyi, Eyyubbəyli kəndlərinin nümayəndələri ilə birgə Uluöndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 49-cu il dönümü qeyd edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Ramiz Mustafayev açaraq Ulu öndərin hakimiyyətə gəlişinin Azərbaycan tarixinin şanlı səifəsi olduğunu vurğulayıb. Dövlət qulluğu veteranı Valeh Salehov çıxış edərək ümummilli liderin İsmayıllıya səfərlərindən və insanlarla görüşlərindən xatirələrini danışıb. Qubaxəlilli kənd tam orta məktəbin tarix müəllimi Vüqar Hüseynov Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Ulu öndərin layiqli davamçısı olmasından danışıb.Tədbirdə Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi G.Baxışova iştirak edib.
Tədbir məktəblilərin ifasında Ulu öndərə həsr olunmuş şeirlərlər və musiqi nömrələri ilə başa çatıb

****
Qalacıq kəndində
14 iyul – “Böyük yol”un başlanğıcı ilə bağlı Qalacıq kəndində tədbir keçirilib.
İyul ayının 13-də İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 49-cu ildönümü münasibəti ilə tədbir keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, Qalacıq kənd tam orta məktəbi kollektivi, Qalacıq İƏD üzrə nümayəndə, kənd sakinləri və ziyalılar tədbirdə iştirak edib. Tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə ilk olaraq Qalacıq kənd tam orta məktəbin direktoru Rusan Qasımov çıxış edərək müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə qısa nəzər salıb. R. Qasımov bildirib ki, Ulu Öndərin bu dövrdə ölkəmizə rəhbər seçilməsi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır.
İsmayıllı şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Təranə Məmmədova Ulu öndərin siyasi irsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyəti dövründə Azərbaycan dövlətini yaratmaqla yanaşı, bu dövlətin gələcək inkişaf konsepsiyasınıda müəyyənləşdirib.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı Gülnarə Mirzəliyeva və Ümummmilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsi olduğunu qeyd edib və ulu öndərin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi ilə Respublikda yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bildirib..
Çıxış edən məktəbin təşkilatçısı Bədir Bədirov, veteran ziyalı Bəxtiyar Rəhimov və kənd sakinləri Ulu öndərin siyasi irsinin təbliği ilə əlaqədar görülən işlərdən razlıqlarını bildiriblər.
Sonda İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşı Nəsimi Teymurov bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük uğurlar, nailiyyətlər gözlədiyini bildirib. Yekunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “14 iyul – “Böyük yol”un başlanğıcı” filmi nümayiş etdirilib.

Xeberleragentliyi.com
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam