İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək

Müəllif: Gulnare
//
19 Temmuz 2018
//
//

İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edəcək


İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 20-də Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.



İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.



Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78; (050) 395-91-97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.



Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam