AZAL Avropa şəhərlərinə xüsusi tarifin tətbiqi müddətini artırdı. » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » AZAL Avropa şəhərlərinə xüsusi tarifin tətbiqi müddətini artırdı.

AZAL Avropa şəhərlərinə xüsusi tarifin tətbiqi müddətini artırdı.

Müəllif: Anar
//
29 Ekim 2012
//
//

AZAL Avropa şəhərlərinə xüsusi tarifin tətbiqi müddətini artırdı.

Aksiyanın müddətinin 25 dekabra qədər uzadılması barədə qərar verilib

“Azərbaycan Hava Yolları” QSC Bakı-Praqa-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətindəki uçuşlara tətbiq etdiyi “gediş-dönüş” dəyəri 200 avro olan (hava limanı yığımları daxil deyil) xüsusi güzəştli ekonom sinif tarifinin tətbiqi müddətini artırıb.
“Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, turizm şirkətlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq və Avropaya səyahət edən sərnişinlərə daha əlverişli şərait yaratmaq məqsədilə “Azərbaycan Hava Yolları” QSC bu aksiyanın müddətinin 25 dekabra qədər uzadılması barədə qərar verib.
Bu xüsusi tarifli aviabiletlərin rəsmiləşdirilməsi yalnız “gediş-dönüş” olmaq şərti ilə turizm paketlərinin daxilində və ilk uçuş nöqtəsi Bakı olduğu halda mümkündür.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam