2 idarə rəisi işdən çıxarıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 2 idarə rəisi işdən çıxarıldı

2 idarə rəisi işdən çıxarıldı

Müəllif: Gulnare
//
18 Temmuz 2018
//
//

2 idarə rəisi işdən çıxarıldı


Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə yeni müdir təyin edilib. Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən azad olunub.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir İmran oğlu Rzayev və Hacıqabul Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Bəybala oğlu Mirzəyev tutduqları vəzifələrdən azad ediliblər. Hər iki şəxsin öz ərizəsi əsasında işdən azad edildiyi bildirilir.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimovun müvafiq əmri ilə Rafail Cəbrayıl oğlu Quliyev nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə müdir təyin olunub. Rafail Quliyev bundan əvvəl Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Xəbər Lenti Giriş Populyar Reklam