XİN rəhbəri QDİƏT-in Baş katibini qəbul edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » XİN rəhbəri QDİƏT-in Baş katibini qəbul edib

XİN rəhbəri QDİƏT-in Baş katibini qəbul edib

Müəllif: amil
//
27 noyabr 2012
//
//

XİN rəhbəri QDİƏT-in Baş katibini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Viktor Tvirkunun rəhbərik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə FaktXeber.com-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, nazir Elmar Məmmədyarov Azərbaycan və QDİƏT arasında əməkdaşlığın mövcud səviyyəsindən məmunluğunu bildirib.

Görüşdə regional və beynəlxalq məsələlər, təşkilatın səmərəliliyinin daha da artırılması və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, bu çərçivədə regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin rolu qeyd edilib.

Xarici İşlər Naziri Elmar Məmmədyarov təşkilata üzv ölkələr arasında bir sıra sahələrdə, xüsusilə enerji, ətraf mühitinin mühafizəsi, informasiya-kommunikasiya texnologiyaları və mədəni irsin qorunması üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Xəbər Lenti Giriş Populyar Reklam