"Whatsapp"da çoxdan gözlənilən funksiya: stikerlər gəlir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Whatsapp"da çoxdan gözlənilən funksiya: stikerlər gəlir

"Whatsapp"da çoxdan gözlənilən funksiya: stikerlər gəlir

Müəllif: Gulnare
//
17 iyul 2018
//
//

"Whatsapp"da çoxdan gözlənilən funksiya: stikerlər gəlir


Bir çox məşhur messencerlər öz stikerlərini artıq çoxdandır ki, istifadəyə verib. Bu messencerlərə misal olaraq ICQ, WeChat, Skype, Facebook Messenger və Allo-nu gətirmək olar. Lakin Whatsapp-da sözügedən funksiya nədənsə indiyənə kimi reallaşdırılmayıb.

Xeberleragentliyi.com "technot"a istinadən bildirir ki, WABetainfo-nun məlumatlarına əsasən məşhur messencerin 2.18.218 nömrəli beta versiyasında stikerlər funksiyasının izləri aşkar edilib.

Qeyd etmək lazımdır ki, Whatsapp üçün sözügedən funksiyanın olacağı barədə ilk məlumat hələ bu ilin may ayında keçirilmiş Facebook F8 konfransında verilmişdi.

Lakin həmin vaxtda funksiyanın messencerə nə zaman əlavə olunacağı barədə məlumat verilməmişdi. Bununla belə, biz həmin stikerlərin messencerdə necə görünəcəyini görə bilərik. Hələki iki stiker siyahısının fotoları sızdırılıb: Bibimbap Friends və Unchi & Rollie. Çox güman ki, stikerlər funksiyası yaxın zaman ərzində aktivləşdiriləcək. Messencerin yeni versiyasında stikerlər mağazası aktiv olacaq. Həmin mağazadan müxtəlif stiker siyahılarını əldə etmək mümkün olacaq. Çox güman ki, bəzi stikerlər Facebook Messenger-dən inteqrasiya olunacaq. Lakin Whatsapp-a aid özəl stikerlərin də olacağı gözlənilir.
Xəbər Lenti Giriş Populyar Reklam