FİFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » FİFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb

FİFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb

Müəllif: Gulnare
//
16 Temmuz 2018
//
//

FİFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb


Rusiyada keçirilən dünya çempionatındakı qələbə Fransa millisinə FIFA tərəfindən 38 milyon dollar pul mükafatı qazandırıb.

Xeberleragentliyi.com report.az-a istinadən bildirir ki, dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib. Mundialın gümüş mükafatçısı Xorvatiya millisi 28 milyon dollar gəlir əldə edib. Üçüncü yeri tutan belçikalılar 24, İngiltərə yığması isə 22 milyon dollar qazanıb.

Həmçinin dünya çempionatının "play-off" mərhələsinin digər iştirakçılarının da qazandığı məbləğ açıqlanıb. Dörddəbir final mərhələsində mübarizəsini dayandıran Rusiya millisi, İsveç, Braziliya və Uruqvay komandaları 16 milyon dollar, səkkizdəbir finalda turniri tərk edən İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya və Yaponiya komandaları isə 12 milyon dollar qazanacaqlar. FİFA qrup mərhələsindəki iştirakçıların hərəsinə 8 milyon dollar verəcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam