ABŞ-da 20-dək uşaq yük maşını sürücüsünün yatması səbəbindən xəsarət alıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ABŞ-da 20-dək uşaq yük maşını sürücüsünün yatması səbəbindən xəsarət alıb

ABŞ-da 20-dək uşaq yük maşını sürücüsünün yatması səbəbindən xəsarət alıb

Müəllif: Gulnare
//
13 iyul 2018
//
//

ABŞ-da 20-dək uşaq yük maşını sürücüsünün yatması səbəbindən xəsarət alıb


Kolorado ştatında (ABŞ) məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 20-dək uşaq xəsarət alıb. Bu barədə “Denver Post” qəzeti məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ştatın patrul xidmətinin məlumatına görə, sürücüsü yatan yük maşını Hadson şəhərində avtobusa çırpılıb. İçində 35 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb. Sərnişinlərin hamısı avtobusdan çıxa bilib. Yol-nəqliyyat hadisəsi nəticəsində 19 uşaq və yük maşınında olan üç nəfər xəsarət alıb. Xəsarətlərin heç biri həyat üçün təhlükəli deyil.
Xəbər Lenti Giriş Populyar Reklam