Yaşayış evində partlayış oldu.Məhkəmə hakimi və xanımı ağır yaralandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yaşayış evində partlayış oldu.Məhkəmə hakimi və xanımı ağır yaralandı

Yaşayış evində partlayış oldu.Məhkəmə hakimi və xanımı ağır yaralandı

Müəllif: Anar
//
26 Kasım 2012
//
//

Yaşayış evində partlayış oldu.Məhkəmə hakimi və xanımı ağır yaralandı

Şirvanda yaşayış evində baş verən partlayışda hakim və onun həyat yoldaşı xəsarət alıb.

Şirvan şəhər xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhəri M.Rəsulzadə küçəsi, bina 13, mənzil 8-də qaz sızmasından baş verən partlayış zamanı Şirvan şəhər birinci instansiya məhkəməsinin hakimi, 1963-cü il təvəllüdlü Ələddin Tofiq oğlu Məcidov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Təranə Sabir qızı Məcidova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar bədənin termik yanığı diaqnozu ilə əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və daha sonra isə Bakıya yanıq mərkəzinə yerləşdiriliblər.

Həkimlər hakimin vəziyyətinin nisbətən stabil olduğunu bildirsələr də, onun həyat yoldaşının vəziyyətini ağır kimi qiymətləndirirlər. Partlayış nəticəsində ümumi sahəsi 40 kv. m olan ikiotaqlı mənzilin eyvanının şüşələri sınsa da, mənzildə yanğın baş verməyib. Partlayışa səbəb qaz sızması olub.

Faktla bağlı əlaqədar qurumlar tərəfindən araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam