Samsung Hindistanda smartfon istehsal edəcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Samsung Hindistanda smartfon istehsal edəcək

Samsung Hindistanda smartfon istehsal edəcək

Müəllif: Gulnare
//
12 iyul 2018
//
//

Samsung Hindistanda smartfon istehsal edəcək


Samsung" şirkəti Hindistanda smartfon istehsalı üzrə yeni zavod açıb. Açılış mərasimində Hindistanın baş naziri Narendra Mod və Cənubi Koreya Prezidenti Mun Çje İn iştirak edib.

Xeberleragentliyi.com ICTnews-a istinadən bildirir ki, zavod paytaxt Dehli yaxınlığında Noida şəhərində yerləşir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, dünyada smartfon istehsalı üzrə ən böyük müəssisədir. Burada ildə 120 milyon smartfonun buraxılışı nəzərdə tutulur. Zavodda qiyməti 100 dollaradək olan həm ucuz, həm də "Galaxy S" seriyalı qabaqcıl modellərin istehsalı planlaşdırılır.

Bildirilir ki, Hindistan smartfonların satışı üçün ən böyük bazardır. Əhalisinin sayı 1,3 milyard təşkil edən ölkədə smartfon istifadəçilərinin sayı 400 milyona yaxındır.

"IDC" analitik şirkətinin məlumatına görə, 2017-ci ildə Hindistana smartfonların tədarük həcmi 124 milyon qurğuya çatıb. Beləliklə, təkcə bir "Samsung" zavodu yerli bazarda smartfonlara tələbatı tam ödəyəcək. Lakin Hindistan bazarında bu yaxınlarda "Xiaomi" şirkəti smartfonların satışına görə "Samsung"u geridə qoyaraq lider mövqeyə sahib çıxıb.
Xəbər Lenti Giriş Populyar Reklam