Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB

Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB

Müəllif: Gulnare
//
12 iyul 2018
//
//

Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB


Oreqon Elm və Səhiyyə İnstitutundan bir qrup alim xərçəng xəstəliyinin ən geniş yayılan 4 növünün qarşısını ala biləcək dərman tərkibi hazırladıqlarını iddia edirlər.

Milli.Az xəbər verir ki, dərmanın tərkibi hələlik gizli saxlanılsa da, adı "KBU2046" kimi açıqlanıb.

İlkin mərhələdə bu məhlul döş, prostat, qalın bağırsaq və ağciyər xərçənginin sürətli inkişafının qarşısını alır. Məhlul ilk dəfə siçanlar üzərində sınaqdan keçirilib. Hər xəstəliyin tək-tək daşıyısıcı olan siçanlarla yanaşı, 4 növ xərçəng xəstəliyinin daşıyıcısı olan siçanlar üzərində test edilib."KBU2046" adlı məhlulun metastatik xərçəngin yayılmasının qarşısını ala biləcək keyfiyyətlərə sahib olduğu da bildirilib.

Alimlər dərmanın rəsmi satışa çıxarılmazdan əvvəl daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyirlər:

"Dərmanın tərkibi birbaşa xərçəng xəstəliyi yaradan hüceyrələrin məhvinə istiqamətlənib. Lakin onun orqanizmdə digər orqanlara ziyan vurmasının qarşısını almaq üçün əks təsirlərini minimuma endirəcək qatqılar əlavə edilməlidir".

Tədqiqatçılar beləliklə, erkən diaqnozla xəstələrin həyatını xilas edə biləcəklərini deyirlər. Yaxın gələcəkdə məhlulun insanlar üzərində də sınaqdan keçirilməsi gözlənilir. (publika.az)
Xəbər Lenti Giriş Populyar Reklam