Ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir

Ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir

Müəllif: Gulnare
//
11 iyul 2018
//
//

Ölkə ərazisində havanın yağmursuz olacağı gözlənilir

Ölkə ərazisində iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27°, gündüz 33-38° isti, Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacağı ehtimalı var.

Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz isə 40-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 27-28°, cənub çimərliklərində isə Türkan, Hövsan, Sahil və Şıxda 28-29° isti olacaq.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 17-22°, gündüz 28-32° isti olacağı bildirilir.
Xəbər Lenti Giriş Populyar Reklam