Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edəcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edəcək

Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edəcək

Müəllif: Gulnare
//
11 iyul 2018
//
//

Sahil Babayev Lənkəranda vətəndaşları qəbul edəcək


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gələn həftə, iyulun 20-də Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.



Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri fərdi qaydada qəbul edilməklə, onların əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun, o cümlədən özünüməşğulluğun təmin olunması məsələlərinə dair müraciətləri dinləniləcək.



Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyə uyğun qaydada həlli ilə bağlı tədbirlər görüləcək.



Qeyd olunan rayonların sakinləri iyulun 17-dək qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə müraciət etmək və ya “142 -Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq mümkündür.
Xəbər Lenti Giriş Populyar Reklam