Bakı-Qazax magistralında ağır qəza: ailənin 3 üzvü öldü, 2-si xəsarət aldı - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı-Qazax magistralında ağır qəza: ailənin 3 üzvü öldü, 2-si xəsarət aldı - YENİLƏNİB

Bakı-Qazax magistralında ağır qəza: ailənin 3 üzvü öldü, 2-si xəsarət aldı - YENİLƏNİB

Müəllif: Gulnare
//
10 iyul 2018
//
//

Bakı-Qazax magistralında ağır qəza: ailənin 3 üzvü öldü, 2-si xəsarət aldı - YENİLƏNİB


15:33

Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində "Mercedes" amrkalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Rabil oğlu xəstəxanada, onun anası Bənövşə Aydınzadə və F. Aydınzadənin 7 aylıq övladıı hadisə yerində ölüb.

F. Aydınzadənin həyat yoldaşı və bacısı, 1982-ci il təvəllüdlü Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

---------

13:13

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam