Avropa Komissiyası saat əqrəblərinin çəkilməsi barədə açıq məsləhətləşmələrə başlayıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Avropa Komissiyası saat əqrəblərinin çəkilməsi barədə açıq məsləhətləşmələrə başlayıb

Avropa Komissiyası saat əqrəblərinin çəkilməsi barədə açıq məsləhətləşmələrə başlayıb

Müəllif: Gulnare
//
10 iyul 2018
//
//

[center]Avropa Komissiyası saat əqrəblərinin çəkilməsi barədə açıq məsləhətləşmələrə başlayıb[/center

Avropa Komissiyası Litva və Finlandiyanın vətəndaşlarının müraciətlərini nəzərə alaraq, saat əqrəblərinin çəkilməsi barədə açıq məsləhətləşmələrə başlayıb. Komissiya Avropa İttifaqının yay vaxtı barədə indiki sazişlərinin necə işlədiyini nəzərdən keçirmək və bu sazişləri dəyişməyin gərəkli olub-olmadığını araşdırmaq qərarına gəlib.

Komissiya Aİ-nin yay vaxtı haqqında indiki sazişləri və bu sazişlərə edilməsi mümkün olan hər hansı dəyişikliklər barədə avropalıların, əlaqədar subyektlərin və üzv dövlətlərin rəyini öyrənmək istərdi. İyulun 4-də başlayan ictimai məsləhətləşmələr avqustun 16-dək davam edəcək.

Komissiya vurğulayır ki, ikinci alternativ – yay vaxtının ləğv edilməsi də mümkündür. Bunun üçün Aİ-nin üzvü olan dövlətlərin böyük əksəriyyəti həmin qərarın lehinə olmalıdır.

Litva Avropa Komissiyasına və Aİ üzvlərinə ünvanladığı məktubda yay və qış vaxtlarına keçidə yenidən baxılmasının zəruri olması barədə mövqeyini şərh edib. Bu məsələ Aİ-nin nəqliyyat, infrastruktur və kommunikasiyalar üzrə şuralarının iclaslarında dəfələrlə qaldırılıb. Litvanın Baş naziri Saulyus Skvernyalis də Aİ dövlətlərinin hökumət başçıları və Aİ-nin yüksəkvəzifəli şəxsləri ilə görüşlərdə həmin mövzunu müzakirə edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs
Xəbər Lenti Giriş Populyar Reklam