Musiqili Teatrın dirijoru beynəlxalq festivalda iştirak edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Musiqili Teatrın dirijoru beynəlxalq festivalda iştirak edib

Musiqili Teatrın dirijoru beynəlxalq festivalda iştirak edib

Müəllif: Gulnare
//
10 iyul 2018
//
//

Qırğızıstanın paytaxtı Bişkekdə bu ölkənin Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və “Prima” İctimai Fondunun birgə təşkilatçılığı ilə “TENGRI Music - 2018” adlı IV Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib. Hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən festivalda bu dəfə Qırğızıstanın “Manas” və “Çuy” kamera orkestrləri, Bişkek Opera və Balet Teatrının solistləri, Rusiyanın Rostov Akademik Simfonik Orkestri, Ukrayna və Özbəkistanın tanınmış musiqiçilərindən ibarət 80 nəfərlik yaradıcı heyət iştirak edib.

Konsertdə ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijoru, beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov layiqincə təmsil edib.

Musiqili Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Prima” İctimai Fondunun rəhbəri Viktoriya Yurtayevanın xüsusi dəvəti ilə bu möhtəşəm beynəlxalq mədəniyyət tədbirində iştirak edən Orxan Həşimov Q. Qarayevin “Yeddi gözəl” baleti, C. Verdinin '”Traviata” və J.Offenbaxın “Hoffmanın hekayələri” əsərlərindən seçmələrə dirijorluq edib.

Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov indiyədək bir çox festival və müsabiqələrdə diplomla təltif edilib.
Xəbər Lenti Giriş Populyar Reklam