Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB

Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB

Müəllif: Gulnare
//
10 iyul 2018
//
//

Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB


İyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzdü.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı və oxudu: “Əziz şəhidlərimiz, tarixi 24 iyun seçkilərindən sonra prezident üsul-idarəsi sisteminin birinci Prezidenti kimi xatirənizi ehtiramla yad etməkdən böyük məmnunluq duyuram. Sizin fədakarlığınızdan aldığımız ilhamla bu günə qədər olduğu kimi, inşallah, bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı və genişlənməsi üçün mübarizəmizi davam etdirəcəyik. Ruhunuz şad olsun!”.

Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB
Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB
Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB
Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB
Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB
Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin xatirəsini ehtiramla yad edib YENİLƏNİB
Xəbər Lenti Giriş Populyar Reklam