Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müəllif: Gulnare
//
10 iyul 2018
//
//


Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Xəbər Lenti Giriş Populyar Reklam