Bakıda təcili yardıma günvurma diaqnozu ilə 75 müraciət daxil olub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda təcili yardıma günvurma diaqnozu ilə 75 müraciət daxil olub

Bakıda təcili yardıma günvurma diaqnozu ilə 75 müraciət daxil olub

Müəllif: Gulnare
//
09 iyul 2018
//
//

Bakıda təcili yardıma günvurma diaqnozu ilə 75 müraciət daxil olub


Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 75 müraciət daxil olub.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın APA-ya verdiyi məlumata görə, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə müraciət edən şəxslərin 46 nəfəri hospitalizasiya edilib, 26 nəfərə yerində yardım göstərilib. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

Müraciət edən 75 nəfərdən 54-ü kişi, 4-ü azyaşlı, 17-si qadındır. Müraciət edənlərin arasında ağır və həyati təhlükəsi olan yoxdur.
Xəbər Lenti Giriş Populyar Reklam