Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, ölən var » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Müəllif: Gulnare
//
07 iyul 2018
//
//

Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, ölən var


Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub.



APA-nın məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Rəfael Məhərrəmovun idarə etdiyi “Hyundai Santafe” markalı, 90 XZ 951 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan, 1991-ci il təvəllüdlü Cəmil Cabbarovun idarə etdiyi “Shacman” markalı, 99 LM 632 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.



Qəza nəticəsində minik avtomobilinin sürücüsü R. Məhərrəmov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.



Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Xəbər Lenti Giriş Populyar Reklam