Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

Müəllif: Gulnare
//
07 iyul 2018
//
//

Yaponiyada leysanlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb


Yaponiyanın qərbində davam edən leysanlar və torpaq sürüşməsi azı 15 nəfərin ölümünə səbəb olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xilasetmə xidməti və Özünümüdafiə Qüvvələri 50 nəfər itkin düşənin axtarışını davam etdirir.

“Xilasetmə bölmələri bütün zərərçəkən ərazilərə yönəldilməlidir. Prioritet vəzifəmiz insanları xilas etməkdir”, - deyən Baş nazir Şinzo Abe bütün aidiyyəti nazirliklərə və idarələrə xilasetmə işlərini gücləndirmək göstərişini verib.

Kyodo agentliyinin məlumatına görə, 3 milyondan çox insana təxliyə olunmaq tövsiyə edilib. Çaylarda suyun səviyyəsinin böhran həddinə çatdığı Xirosima və Kioto prefekturalarında vəziyyət çox ağırdır. Təbii fəlakətin vurduğu zərbə səbəbindən böyük müəssisə və fabriklər işini dayandırır. Şənbə günü Mazda avtokonserni Xirosima və Yamaquti prefekturalarında öz iki müəssisəsinin fəaliyyətini dayandırdığını elan edib.

Hazırda Yaponiyanın bir çox regionunda yağışın intensivliyi azalıb ki, bu da xilasetmə əməliyyatını və itkin düşənlərin axtarışı işlərini asanlaşdırır. Eyni zamanda, hökumət orqanları sürüşmə təhlükəsinin mövcudluğunu bilirlər.
Xəbər Lenti Giriş Populyar Reklam