Elmar Vəliyevi güllələyən Yunis Səfərovun atası hansı şirkətin sahibi olub? - DOSYE - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Elmar Vəliyevi güllələyən Yunis Səfərovun atası hansı şirkətin sahibi olub? - DOSYE - FOTO

Elmar Vəliyevi güllələyən Yunis Səfərovun atası hansı şirkətin sahibi olub? - DOSYE - FOTO

Müəllif: Gulnare
//
06 iyul 2018
//
//

Elmar Vəliyevi güllələyən Yunis Səfərovun atası hansı şirkətin sahibi olub? - DOSYE - FOTO



Bəzi mətbuat orqanlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd etməkdə ittiham olunan Yunis Səfərovun kimliyi haqqında qeyri-səhih məlumatlar yayılır və əksər hallarda məlumatları "etibarlı mənbələrə", "səs yazıların" istinad edirlər. Hətta bəzi aparıcı saytlarda Yunis Səfərov radikal islamçı kimi təqdim edilir və sui-qəsdin baş vermə səbəbini bu amillə əlaqələndirirlər. Hətta iddia olunur ki, guya Yunis Səfərov Elmar Vəliyevi müsəlmanları, İmam Hüseyni təhqir etdiyi, Aşura günü şərab festivalı keçirdiyi üçün öldürmək istəyib.

Xeberleragentliyi.com yeniavaz.com-a istinadən xəbər verir ki, Elmar Vəliyevi öldürməyə cəhddə təqsirləndirilərək tutulan Yunis Səfərovun atası Rafiq Səfərov uzun illər Rusiyada şərab və siqaret satışı ilə məşğul olub. Doğma atası şərab biznesi ilə məşğul olan birinin şəraba görə kimisə öldürməyə cəhd etməsi qeyri-mümkün görünür.

Yunis Səfərov nə zamandan Rusiya vətəndaşıdır?

Səsləndirilən digər iddialardan biri isə odur ki, Yunis Səfərov ötən ilin əvvəlində icra başçısı ilə mübahisə edib və bundan sonra Gəncədə mühafizə polisinə xəsarət yetirib və silahını oğurlayaraq Rusiyaya qaçıb. Daha sonra orada özünə Rusiya pasportu düzəldərək geriyə qayıdıb.



Lakin internet üzərindən kiçik bir araşdırma apardıqdan sonra məlum olur ki, Yunis Səfərov iddia olunanların əksinə Rusiya pasportunu ötən il almayıb. Pasportda verilmə tarixi kimi 28.02.2017-ci il göstərildiyi üçün mətbuatda idda edilir ki, Yunis Səfərov həmin tarixdə Rusiya vətəndaşı olub. Halbuki pasportun etibarlılıq tarixi bitdiyi üçün həmin tarixdə yenisi ilə əvəz olunub.

Rusiyada vətəndaşların ünvanları, telefon nömrələri, adlarına olan avtomobillərin seriya nömrələri və digər bu kimi məlumatlar hər kəs üçün açıq olan internet resurslara yerləşdirilir. İnternetdə axtarış verildiyi zaman məlum olur ki, Yunis Səfərovun adına 2004-cü ildə "VAZ-04" və "VAZ-07" markalı avtomobillər olub və qeydiyyat ünvanı kimi Moskva şəhərində yerləşən Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80 göstərilib. Bu isə o deməkdir ki, iddia olunanların əksinə olaraq 2004-cü il tarixində Yunis Səfərovun qeydiyyat ünvanı kimi Moskva şəhəri göstərilir.



Ünvan məlumatlarına baxıldığı zaman məlum olur ki, Demyana Bednoqo küçəsi, 18-ci korpus, mənzil 80-də 26.09.1983-cü il təvəllüdlü (35 yaş) Səfərov Yunis Rafiq oğlu, 05.01.1959-cu il təvəllüdlü (59 yaş) Səfərov Rafiq Yunis oğlu və 03.09.1926-cı il təvəllüdlü (92 yaş) Səfərov Yunis Rafiq oğlu da qeydiyyatda olublar. Ad və soyadlardan belə görünür ki, Rafiq Səfərov İcra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovun atasıdır.

Yunis Səfərovun atası bahalı avtomobillərin həvəskarı olub

Rafiq Səfərovun tərcümeyi-halına baxdığımız zaman məlum olur ki, bu şəxs Rusiyada uzun illər biznes fəaliyyəti ilə məşğul olub. Yunis Səfərovun atası 2006-2015-ci illərdə rəsmi olaraq "TİM MARKET" Səhimdar Cəmiyyətinin əsas səhimdarı olub. Əsasən, spirtli içkilər və siqaretin topdansatışı ilə məşğul olan "TİM MARKET"-in 75%-i Rafiq Səfərova məxsus olub. Digər 25%-lik hissəyə isə başqa bir azərbaycanlı Əziz Sadıqov sahib olub. Şirkətin direktoru Aleksandr Kosarevin isə müxtəlif vaxtlarda müxtəlif şirkətlərə rəhbərlik etdiyi bildirilir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin bəzilərinin adının Azərbaycanla bağlı olması ("Seymur", "Topaz") onu göstərir ki, bu şəxs azərbaycanlılara məxsus biznesin idarə olunmasında iştirak edir. 2015-ci ildə "TİM MARKET"-in ləğv olunduğu göstərilsə də, Aleksandr Kosarevin həmin tarixdən başqa bir şirkətə rəhbərlik etməyə başlaması onu göstərir ki, şirkət yeni adla fəaliyyətini davam etdirir.

Yunis Səfərovun atası ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1997-2002-ci illər ərzində Rafiq Səfərovun adına 10-dan çox bahalı avtomobillər qeydiyyata alınıb.
Xəbər Lenti Giriş Populyar Reklam