“Turan” və “Rəvan”dan sensasiya » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Turan” və “Rəvan”dan sensasiya

“Turan” və “Rəvan”dan sensasiya

Müəllif: Anar
//
29 Ekim 2012
//
//

“Turan” və “Rəvan”dan sensasiya

Futbol üzrə Topaz Premyer Liqasının X turu gözlənilməz nəticələrlə zəngin olub.

Azərbaycanı Avropa Liqasında təmsil edən “Neftçi” Rusiyada “Rubin”ə minimal hesabla uduzduqdan sonra Bakıda “Rəvan”a yenilib.

“Bayıl Arena”da keçirilmiş qarşılaşmada flaqmanın qapısına 2 cavabsız top vurulub.

Daha bir sensasiya Qəbələdə eyniadlı komanda ilə Tovuzun “Turan” komandaları arasındakı görüşdə qeydə alınıb. Baş məşqçi Əfqan Talıbovun rəhbərliyi altında ilk matçında evdə AZAL-ı yenmiş “Turan” bu dəfə səfərdə “Qəbələ”ni məyus edib. Bununla da Tovuz təmsilçisi son 6 ildə ən yaxşı nəticəsini göstərib. İlk 10 matçda 13 xal toplayan qərblilər sonuncu dəfə 2005/2006-cı il mövsümündə belə uğurlu çıxış edib. Həmin vaxt “Turan” ilk 10 matçda hesabına 18 xal yazıb. Sonrakı 6 mövsümdə bu komanda 2 dəfə ilk 10 turu hətta qələbəsiz də başa vurub. Bu, 2008/2009 və 2010/2011-ci il mövsümlərində yaşanıb. Həmin vaxtlar startda müvafiq olaraq 3 və 4 heç-heçə əldə olunub. Ümumilikdə isə komanda startdakı 10 qarşılaşmanı 2006/2007-ci il mövsümünü 12, 2009/2010-u 11, 2011/2012-ni 10, 2007/2008-i 7 xalla tamamlayıb. “Turan”ın ən böyük uğuru isə 1993/94-cü il mövsümündəki Azərbaycan çempionluğudur.

28 oktyabr (bazar)

“Rəvan” (Bakı) – “Neftçi” (Bakı) - 2:0
Qollar: Nikolay Orlovski, 33. Xuan Manuel Varela, 77-penalti ilə
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam