Dövlət Komitəsi: “Bir yerdə baş yarıldı” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Dövlət Komitəsi: “Bir yerdə baş yarıldı”

Dövlət Komitəsi: “Bir yerdə baş yarıldı”

Müəllif: Anar
//
25 noyabr 2012
//
//

Dövlət Komitəsi: “Bir yerdə baş yarıldı”

Bu gün Azərbaycanın bütün bölgələrində Aşura günü ilə bağlı mərasimlər keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib.

Ölkənin əksər dini icmaları başyarma kimi xoşagəlməz adətlərdən imtina edib, yalnız bir yerdə bu müşahidə edilib.

Ümumilikdə Aşura mərasimləri nəzərəçarpan insidentsiz baş tutub.

Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalar ilə mütamadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar.

Aşura günü Dövlət Komitəsinin sədri Elşad İskəndərov Təzəpir məscidində olub, həmçinin Bakı şəhərdinə qanvermə aksiyalarına fəal çağırış edən digər dini icmalara baş çəkərib, Şeyxülislam Allahşükür Paşazadə, müvafiq icma rəhbərləri və fəallarına dünya ölkələri üçün örnək ola biləcək talassemiya xəsətələri üçün qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib. Eyni zamanda görüşlərdə dünyada müsəlmanların vəhdət nümunəsinə çevrilmiş Aşura gününün ölkəmizdə milli-mənəvi dəyərlərimizə, şəhidlərimizin ruhlarına layiq şəkildə, milli maraqlarımıza, həmçinin dövlətimizin dünyadakı imicinə uyğun qeyd ediliməsinin vacibliyini xüsusi vurğulanıb.

Qeyd edək ki, bu gün komitə sədrinin birinci müavini Səyyad Aran Lənkəran, sədrin müavini Gündüz İsmaylov isə Gəncə şəhərində olublar, qanvermə aksiyasında fəal iştirak etmiş icmaların rəhbərləri ilə görüşüblər.
Xəbər Lenti Giriş Populyar Reklam