Xəbərdarlıq: Şimşək çaxacaq, leysan yağacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Xəbərdarlıq: Şimşək çaxacaq, leysan yağacaq

Xəbərdarlıq: Şimşək çaxacaq, leysan yağacaq

Müəllif: Gulnare
//
04 iyul 2018
//
//

Xəbərdarlıq: Şimşək çaxacaq, leysan yağacaq


Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, rayonlarda iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Xəbər Lenti Giriş Populyar Reklam