Bərənin aşması nəticəsində ölü sayı 31-ə çatıb - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bərənin aşması nəticəsində ölü sayı 31-ə çatıb - YENİLƏNİB

Bərənin aşması nəticəsində ölü sayı 31-ə çatıb - YENİLƏNİB

Müəllif: Gulnare
//
04 iyul 2018
//
//

Bərənin aşması nəticəsində ölü sayı 31-ə çatıb - YENİLƏNİB

13:09

İndoneziya sahillərində ötən gün batan bərədə ölənlərin sayı 31-ə çatıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin arasında uşaqların da olduğu bildirilir.

Qəza dənizdə əsən güclü külək və hündür dalğalar səbəbindən baş verib. Hadisə baş verən zamanı bərənin göyərtəsində 164 sərnişin və ekipaj üzvü olub. Onlardan 130-nu xilas etmək mümkün olub.

Qeyd edək ki, bərə sərnişinlərdən başqa, 48 avtomobil və motosiklet də daşıyıb.

----------
09:44

İndoneziyada 139 sərnişinin yer aldığı bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəl 24 nəfərin öldüyü deyilirdi. Ölənlər arasında uşaqlar da var.

41 nəfərin itkin düşdüyü deyilir.

--------

08:01

İndoneziya sahillərində bərə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 139 sərnişini daşıyan bərənin qəzaya uğraması nəticəsində 24 nəfər həlak olub. Ölənlər arasında uşaqlar da var.

Daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi. Bir nrçə nəfər xilas edilib.

Qeyd edək ki, insident ötən gün baş verib. Bərədə 139 sərnişin, 48 avtomobil və motosiklet olub. Qəza yerində axtarış-xilasetmə işləri aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam