Xəzərdə faciə: 4 balıqçı itkin düşdü, birinin meyiti tapıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Xəzərdə faciə: 4 balıqçı itkin düşdü, birinin meyiti tapıldı

Xəzərdə faciə: 4 balıqçı itkin düşdü, birinin meyiti tapıldı

Müəllif: Anar
//
25 Kasım 2012
//
//

Xəzərdə faciə: 4 balıqçı itkin düşdü, birinin meyiti tapıldı

Xəzər dənizinin Xaçmaz rayonu ərazisində 4 balıqçının olduğu qayıq batıb. APA-nın şimal bürosunun məlumatına görə, ötən gün axşam saatlarında balıqçılardan heç bir xəbər çıxmadığına görə onların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və helikopter cəlb edilib.

Batan balıqçılar - Siyəzən rayonu Yenikənd qəsəbə sakinləri, 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu və Xaçmaz rayonu Müqtədir qəsəbə sakini 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu axtarışına başlanıb. Onlardan Əkbərov Vüsal Fəxrəddin oğlunun meyiti tapılıb. Dalğalar balıqçıların qayığını da sahilə çıxarıb.

Digər 3 balıqçının axtarışları davam etdirilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda 3 balıqçının axtarışları davam etdirilir.
Axtarışa Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri də cəlb edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam