Ağdaşın su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə 22 milyon manat ayrılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ağdaşın su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə 22 milyon manat ayrılıb

Ağdaşın su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə 22 milyon manat ayrılıb

Müəllif: Gulnare
//
03 iyul 2018
//
//

Ağdaşın su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə 22 milyon manat ayrılıb


Prezident İlham Əliyev Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 22,0 (iyirmi iki) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Xəbər Lenti Giriş Populyar Reklam