Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib

Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib

Müəllif: Gulnare
//
02 Temmuz 2018
//
//

Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib

\
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Şəmkirdə süni göldə 4 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatmışdır. A.Qayıbovun, A.Tağıyevin və M.Məmmədovanın cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılmışdır.
Xəbər Lenti Giriş Populyar Reklam