Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem problemi yarandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem problemi yarandı

Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem problemi yarandı

Müəllif: Gulnare
//
29 Haziran 2018
//
//

Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem problemi yarandı


Maliyyə Bazarlarına Nəzarət Palatasında elektron xidmətlər sistemində problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə RealTV.az-a banklardan məlumat verilib.

İlkin məlumata görə, səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının yerləşdiyi binada - Bülbül prospekti 27 ünvanında elektrik enerjisinin verilməsində yaranmış problemdir. Belə ki, səhər saatlarında binaya elektrik enerjisinin verilməsi dayanıb, generatorlar isə işləməyib. Nəticədə elektron xidmətlər üçün nəzərdə tutulmuş serverlər işini dayandırıb.



Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının internet saytında elektron xidmətlərə daxil olmaq mümkün deyil. Palatanın informasiya texnologiyaları şöbəsindən verilən məlumata görə, işıqların sönməsi nəticəsində serverlərdə yaranmış problemi aradan qaldırmaq mümkün olmayıb. Hazırda mütəxəssislər bu istiqamətdə işlər görürlər.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhvəri Tanrıverdi Mustafayev RealTV.az-a bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasının elektrik enerjisi ilə təminatı dayandırılmayıb. Binanın elektriksiz qalması isə daxili problemlə bağlıdır: "Bu barədə "Azərişığ"a da məlumat verilib, kömək istənilib və briqadalarımız hadisə yerinə yollanıb. Hazırda briqadalarımız problemin aradan qaldırılması üçün tədbirlər görür".

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev isə bildirib ki, elektrik enerjisi ilə bağlı problem qısamüddətli olub: "İki xətdən birində problem yaranmışdı. Dərhal ikinci xətt işə salındı. Serverlərdəki problem də bir neçə dəqiqədən sonra aradan qaldırılıb"
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam