İrəvanın Əliyev QORXUSU: Paşinyan Azərbaycan liderindən NİYƏ QAÇIR? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İrəvanın Əliyev QORXUSU: Paşinyan Azərbaycan liderindən NİYƏ QAÇIR?

İrəvanın Əliyev QORXUSU: Paşinyan Azərbaycan liderindən NİYƏ QAÇIR?

Müəllif: Gulnare
//
29 Haziran 2018
//
//

İrəvanın Əliyev QORXUSU: Paşinyan Azərbaycan liderindən NİYƏ QAÇIR?


Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqlarını kimin aparacağı məsələsi üzərində müzakirələr gedir. Burada Ermənistanın parlament üsul-idarəsinə keçidi – ölkədə əsas səlahiyyət baş nazirdədir – ilə yanaşı, Azərbaycan lideri ilə danışıqlar apara biləcək gücə malik şəxsin olmaması məsələsi də əsas problemdir. Çünki opponentləri, hətta yeni hakimiyyətdə təmsil olunanların bir qrupu hesab edirlər ki, təcrübəsiz Paşinyan manevr imkanları geniş olan və diplomatik zəkası ilə seçilən Əliyevlə danışıqlar apara bilməyəcək.

Ermənistanın Prezidenti Armen Sarkisyan da uzun illər Avropada səfir olaraq çalışıb və səfir postundan gələn şəxsin ölkənin adından danışıqlara qoşulması riskli addımdır. Bəziləri hətta devrilmiş prezident Serj Sarkisyanın Qarabağ danışıqlarında Ermənistanı təmsil etməsini təklif edirlər.

Xeberleragentliyi.com "Publika.az"a istinadla xəbər verir ki, Paşinyanın xarici siyasət üzrə məsləhətçisi Arsen Xaratyan Serj Sarkisyanın danışıqlarda iştirakını istisna etməyib.

"Ermənistanı danışıqlarda kimin təmsil edəcəyi məsələsi öz həllini tapacaq, hətta lazım olacaqsa, Serj Sarkisyan bu işi aparacaq. Məsələ dövlətin maraqlarıdır və Serj Sarkisyanın danışıqlar aparması ilə bağlı razılıq olacaqsa, o zaman bu, mümkün ola bilər", - deyə o bildirib.

Fransada yaşayan erməni politoloq Kays Minasyan bildirib ki, Əliyevlə kimin danışıqlar aparacağı əhəmiyyətli məsələdir: "Serj Sarkisyanın Ermənistanın adından elçi kimi iştirak etməsi çətin görünür, çünki o, danışıqlar prosesinə yaxşı bələd olsa da, "məxməri inqilab"la devrilmiş şəxsdir. Burada iki əhəmiyyətli məsələ var: birincisi, yeni hakimiyyət bütün məsuliyyəti öz üzərinə götürməlidir, lakin bu da çətin görünür, çünki hazırkı hökumət müvəqqətidir; ikincisi, növbədənkənar seçkilərə qədər sülhün qorunması və danışıqların davamı üçün hər şeyi etmək".

Rusiya isə Qarabağ danışıqlarında Ermənistanı prezident Armen Sarkisyanın təmsil etməsini istəyir. Belə ki, futbol üzrə Dünya Çempionatının açılış mərasiminə Azərbaycan Prezidenti ilə yanaşı, Nikol Paşinyan da qatılmışdı. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "niyə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü olmadı", - sualına cavabında "çünki Ermənistan prezidenti Moskvada deyildi", - cavabını verdi. Bu, Rusiyanın danışıqlarda Ermənistanı kimin təmsil etməsi ilə bağlı rəsmi mövqeyidir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam