Dövlət qulluqçularına hansı elektron xidmətlər göstəriləcək? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dövlət qulluqçularına hansı elektron xidmətlər göstəriləcək?

Dövlət qulluqçularına hansı elektron xidmətlər göstəriləcək?

Dövlət qulluqçularına hansı elektron xidmətlər göstəriləcək?




Prezident yanında Dövlət Qulluğu Komissiyasının sədr müavini Vəfadar Misirov Trend-ə bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş elektron xidmətlər siyahısında Komissiya tərəfindən göstəriləcək elektron xidmətlərin hazırlanması istiqamətində müvafiq iş aparılr.

Misirov deyib ki, dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi ilə bağlı elektron xidmət növü demək olar ki hazırdır. Həmin xidmət növü elektorn hökumət dövlət sistemində yaxın vaxtlarda aktivləşəcək.

Sədr müavini deyib ki, Komissiyanın saytında ehtiyat kadrlar barədə məlumatlar yerləşdirlib. Bu məlumatların verilməsi elektron şəklə salındıqdan sonra hər bir kəs hansı dövlət orqanında hansı ehtiyat kadrların olduğu barədə məlumatları görə biləcək.

Misirov dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulunun da yaxın formada elektron şəkildə həyata keçiriləcəyini deyib. Qeyd edib ki, hazırda vətəndaşlar komissiyanın saytına daxil olmaqla pozuntular barədə müraciət edirlər.

Komissiya rəsmisi bildirib ki, yaxın vaxtlarda dövlət qulluğunda çalışanlar dövlət qulluğu stajını elektron qaydada özləri hesablaya biləcəklər.

Belə ki, komissiyanın internet saytında bu məqsədlə gələcəkdə dövlət qulluğu stajı kalkulyatoru elektron xidməti yaradılacaq.

Bu sistemin köməyi ilə dövlət qulluğunda çalışmış hər bir şəxs həmin sistemə - dövlət qulluğu stajı kalkulyatoruna daxil olmaqla işlədikləri vəzifələri, dövlət qulluğunda çalışdıqları müddəti və digər məlumatları daxil etməklə, dövlət qulluğu stajını hesablaya biləcəklər.

Onun sözlərinə görə, dövlət qulluğu sahəsindəki bütün məlumatlar, qanunvericilik bazası həmin sistemdə yerləşdiriləcək. Sistem tam formalaşandan sonra hər bir şəxs özü barədə məlumatları daxil edərək dövlət qulluğu stajını hesablaya biləcək.

Onlayn sınaq imtahanlarının keçirilməsi ilə bağlı elektron xidmətin hazırlanmasında isə müəyyən çətinliklərin olduğunu deyən Misirov bildirib ki, bu imtahanlar Komissiya tərəfindən keçirilən test imtahanlarının modelinə uyğun olaraq tərtib olunacaq. Bu elektron xidmət növündən istənilən şəxs istifadə edə biləcək. Onun sözlərinə görə, bu xidmətdən istifadə ən geci gələn ilin yazında mümkün olacaq.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam