Bakıda 18 yaşlı qızın ölümünə görə klinikanın direktoru cinayət işinə cəlb edilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda 18 yaşlı qızın ölümünə görə klinikanın direktoru cinayət işinə cəlb edilib

Bakıda 18 yaşlı qızın ölümünə görə klinikanın direktoru cinayət işinə cəlb edilib

Müəllif: Gulnare
//
28 Haziran 2018
//
//

Bakıda 18 yaşlı qızın ölümünə görə klinikanın direktoru cinayət işinə cəlb edilib


“StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmiş 18 yaşlı qızın ölümündə daha bir vəzifəli şəxs də cinayət işinə cəlb edilib.

Xeberleragentliyi.com xəbərinə görə, cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə ilə birgə klinikanın direktoru Cəbrayıl Sultanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülüb.

O, Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. C.Sultanovun barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Bu gün Yasamal Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə klinikanın direktoru C.Sultanovun vəkili Vüqar Babayev vəsatət qaldırıb. O, müvəkkilinin günahsız olduğunu deyib və cinayət işinə xitam verilməsini istəyib.

Vəsatətlə bağlı qərar növbəti iclasda elan olunacaq.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Xatırladaq ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə.ittiham irəli sürülüb.

Sənan Mehdiyev və Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinin qərarı ilə bu cinayət işi təqsirləndirilən Sənan Mehdiyev və Emin Quluzadəyə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam