Fədayə Laçın və daha 12 nəfərin cinayət işinin ibtidai istintaqı yekunlaşıb, 1 nəfər barəsində axtarış elan olunub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Fədayə Laçın və daha 12 nəfərin cinayət işinin ibtidai istintaqı yekunlaşıb, 1 nəfər barəsində axtarış elan olunub

Fədayə Laçın və daha 12 nəfərin cinayət işinin ibtidai istintaqı yekunlaşıb, 1 nəfər barəsində axtarış elan olunub

Müəllif: Gulnare
//
28 Haziran 2018
//
//

Fədayə Laçın və daha 12 nəfərin cinayət işinin ibtidai istintaqı yekunlaşıb, 1 nəfər barəsində axtarış elan olunub


Penitensiar Xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digər 11 nəfərin cinayət işinin istintaqı başa çatıb.

Xeberleragentliyi.com xeber verir ki, Bu barədə vəkil Vilayət Nadirov məlumat verib.

Onun sözlərinə görə, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. V.Nadirov deyib ki, 13 nəfərin cinayət işinin ibtidai istintaqı başa çatıb, vəkillər işlə tanış olurlar.

Vəkil qeyd edib ki, on gün ərzində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

V.Nadirov söyləyib ki, cinayət işi ayrıca icraata ayrılmayıb.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam