Müdafiə Nazirliyi: "Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması artıq müzakirə olunmayan danılmaz faktdır" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Müdafiə Nazirliyi: "Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması artıq müzakirə olunmayan danılmaz faktdır"

Müdafiə Nazirliyi: "Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması artıq müzakirə olunmayan danılmaz faktdır"

Müəllif: Gulnare
//
27 Haziran 2018
//
//

Müdafiə Nazirliyi: "Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması artıq müzakirə olunmayan danılmaz faktdır"

Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının "Günnüt əməliyyatı"nı növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, bir qrup erməni media nümayəndəsinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır:

"Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə "press-tur"lar təşkil etməkdən başqa çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam