"Paşinyanın Günnüt bəyanatı Ermənistanın Azərbaycana qarşı işğalçı siyasət apardığını bir daha təsdiqləyir" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Paşinyanın Günnüt bəyanatı Ermənistanın Azərbaycana qarşı işğalçı siyasət apardığını bir daha təsdiqləyir"

"Paşinyanın Günnüt bəyanatı Ermənistanın Azərbaycana qarşı işğalçı siyasət apardığını bir daha təsdiqləyir"

Müəllif: Gulnare
//
27 Haziran 2018
//
//

"Paşinyanın Günnüt bəyanatı Ermənistanın Azərbaycana qarşı işğalçı siyasət apardığını bir daha təsdiqləyir"


Naxçıvanda Günnüt kəndinin azad edilməsi əməliyyatının yüksək hərbi peşəkarlıqla icra edildiyi barədə Prezident İlham Əliyevin bəyanatı Ermənistanın baş naziri Paşinyanı daxili auditoriyaya yönəlik yeni yalana məcbur etdi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib: "Hərbi döyüş əməliyyatı ilə Cocuq Mərcanlıdan sonra Günnüt kəndinin 11 min hektar sahə ilə birlikdə geri alındığı barədə Prezident İlham Əliyevin rəsmi təsdiqləyici bəyanatı, razılaşaq ki, hay-küylü siyasi vədlərlə Ermənistanda hakimiyyətə gəlmiş Paşinyanın nüfuzunu zədələmək baxımından çox güclü təsirə malikdir. Azərbaycan Prezidentinin məlum bəyanatından dərhal sonra Paşinyanın sosial şəbəkələrdə canlı yayımla çıxış edərək "Günnüt erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Heç nə dəyişməyib. Yalnız hərbi dislokasiyada bəzi dəyişikliklər baş verib" kimi cavab bəyanatı verməsi erməni auditoriyasını sakitləşdirməyə hesablanmış gediş olmaqla bərabər, həm də Qarabağ danışıqları üzrə beynəlxalq vasitəçilər üçün təkzibolunmaz bir etirafdır. Bu etiraf Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasət apardığını bir daha təsdiqləyir".

Ekspert bildirib ki, Günnüt kəndinin guya erməni ordusunun nəzarəti altında olduğu barədə bəyanatı Ermənistanın təcavüzkarlığının və işğalçılığının təsdiqindən başqa bir şey deyil: "İlham Əliyev diplomatiyasının uğurlu gedişləri qarşısında Paşinyanın hələ çox səhvlərə və ziddiyyətli bəyanatlara yol verəcəyi barədə xeyli əvvəl dediyimiz proqnozlar özünü dogruldur. Bu da sübut. Paşinyanın bu sözləri dediyi anda buraxdığı səhvin nə dərəcədə fərqinə varıb-varmadığını demək çətindir. Ancaq yüksək Qarabağ danışıqlarının növbəti mərhələsində yəqin Paşinyandan mütləq soruşulacaq ki, Dağlıq Qarabağdan yüzlərlə kilometr uzaqdakı Naxçıvanın hansısa kəndi hansı əsasla Ermənistan ordusunun nəzarətində olmalıdır?!"

Baş redaktor vurğulayıb ki, təcavüzkar Qarabağ siyasəti istiqamətində yeni neqativ mərhələ açmağa çalışan Paşinyanın daha bir uğursuzluğu göz qabağındadır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam