Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB

Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB

Müəllif: Gulnare
//
26 iyun 2018
//
//

Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB



Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətlə yetirilən gənc oğlanın adı məlum olub.

Sonxeber.az report-a istinadən xəbər verir ki, bu, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevdir.

***
Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" hoteldə qətl hadisəsi baş verib.

Xeberleragentliyi.com report-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman G.Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.

Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

G.Əliyeva ilkin ifadəsi zamanı sevdiyi oğlanın ona təcavüz edərək bakirəliyinə pozduğunu və bu səbəbdən ona evlənmək vəd etdiyini bildirib.

Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşlərində oğlanın vədinə xilaf çıxdığını görərək onu öldürmək qərarına gəlib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb. G.Əliyeva və "Qrand" hotelin rəhbərliyi saxlanılıb.
Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB
Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB
Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB
Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB
Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB
Bakının məşhur otelində dəhşətli qətl - Qadın sevgilisinin boğazını kəsdi - YENİLƏNİB
Xəbər Lenti Giriş Populyar Reklam